Главная > İdman > "Qarabağ"a 3 qol vuran qolçu Almaniya ilə oyuna çağırıldı

"Qarabağ"a 3 qol vuran qolçu Almaniya ilə oyuna çağırıldı


31-08-2019, 14:05.

      "Qarabağ"a 3 qol vuran qolçu Almaniya ilə oyuna çağırıldı

 

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”ın rəqibi olmuş "Linfild”in hücumçusu Şeyn Laveri Şimali İrlandiya millisinə dəvət alıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Maykl O'Nil zədəli Pol Smitin əvəzinə Laverini əsas milliyə çağırıb. 21 yaşlı hücumçu bu mövsüm Avroliqada uğurlu oyunu ilə diqqət çəkib. O, "Qarabağ”a iki oyunda 3 qol vurub (ikisini Belfast, birini Bakıda). "News Letter” nəşri bu faktın futbolçunun milliyə dəvət almasında xüsusi önəmini vurğulayıb.

Qeyd edək ki, Şimali İrlandiya sentyabrın 5-i Lüksemburqla yoxlama, sentabrın 9-u isə Almaniya ilə "Avro-2020”nin seçmə oyununda üz-üzə gələcək.

 


Вернуться назад