Главная > İdman > Şehiç “Qarabağ”a qayıdır – özü razılaşdı

Şehiç “Qarabağ”a qayıdır – özü razılaşdı


31-08-2019, 17:25.

             Şehiç "Qarabağ”a qayıdır – özü razılaşdı

 

"Qarabağ” sabiq qapıçısı İbrahim Şehiçi qaytarmaq üzrədir.

Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi futbolçunun klubu Türkiyə "Ərzurumspor” ilə danışıqların son mərhələsindədir. Əgər razılıq əldə edilsə, Şehiç qısa zaman ərzində "Qarabağ”a qoşulacaq. Bosniyalı qolkiper özü artıq Azərbaycan qayıtmağa razılıq verib.

Əldə etdiyimiz digər xəbərə görə, bu məsələ bu gün ərzində həllini tapmalıdır.

Xatırladaq ki, Şehiç 2013-18-ci illərdə "Qarabağ”da oynayıb. Ötən il isə o, müqaviləsi başa çatdıqdan sonra Türkiyənin "Ərzurumspor” klubuna keçib.

 


Вернуться назад