Главная > Müsahibə > “İstəyirəm kəndimiz alınsın və qardaşım Səxavətin məzarını ziyarət edim...”

“İstəyirəm kəndimiz alınsın və qardaşım Səxavətin məzarını ziyarət edim...”


27-08-2019, 11:28.

        "İstəyirəm kəndimiz alınsın və qardaşım Səxavətin məzarını ziyarət edim...”

 

"Hamımızın bir arzusu var və o da torpaqlarımızın işğaldan azad edilməsidir”

 

Bunu Moderator.az-a açıqlamasında bu gün 47 yaşını tamamlayan Əməkdar artist Firuz Səxavət deyib. F.Səxavət doğum gününü adi günlərdən biri kimi qeyd etdiyini bildirib:

 

"Doğum günümü adətən dostlarla birlikdə keçirirəm. Ola bilsin ki, bu gün heç qeyd etmədim. Qaldı ki, qardaş, bizim bir arzumuz var və o da kəndimizə qayıtmaqdır. Hamımız istəyirik ki, torpaqlarımız işğaldan azad edilsin. Allah bizə o günü tezliklə qismət eləsin. İstəyirəm ki, kəndimiz azad ediləndən sonra gedib qardaşım Səxavətin məzarın ziyarət edim və məzarı təmir etdirim”.

 

Əməkdar artist muğam sənəti üçün istedadlı tələbələr hazırladığını deyib:

 

"Bu gün 47 yaşım tamam olur. 1996-cı ildən Milli Konseravtoriyada işləyirəm və 2000-ci ildən isə pedaqoqluqla məşğulam. Bu gün muğam dərsi alan istedadlı tələbələrim var. Düşünürəm ki, muğam sənəti üçün kifayət qədər xidmət etmişəm və bundan sonra da əlimdən gələni əsirgəməyəcəm”.

 

Vasif Əlihüseyn

 


Вернуться назад