Главная > Maraqlı > Kralın sevgilisinin şəklini paylaşdılar, sayt çökdü – Fotolar

Kralın sevgilisinin şəklini paylaşdılar, sayt çökdü – Fotolar


27-08-2019, 19:56.

           Kralın sevgilisinin şəklini paylaşdılar, sayt çökdü –Fotolar

 

Bu günlərdə Tailandın kral sarayıKral Maha Vajiralonqun sevgilisi Sinenatın fotolarını paylaşıb. Nəticədə kralın ailəsinə məxsus sayt çöküb.

Fərqli yaşayış tərzi ilə diqqət çəkən 67 yaşlı kral Vajiralonqon may ayında 41 yaşlı kraliça Suthidayla evləndikdən iki ay sonra Sinenatı rəsmi sevgilisi elan edib. Sinenat Tailand tarixində son 100 ildən sonra bu adı daşıyan ilk qadın olub. O, bu aldığı ərəfədə kraliça da buna hazır olub. Hətta kralın kraliça ilə toyu günü Sinenat da mərasimdə yer alıb.

Sarayın internet səhifəsində Sinetanın 60-dan çox fotosu və 46 səhifəlik bioqrafiyası haqqında məlumat paylaşıldıqdan sonra sayt çöküb. Sinenat qırıcı təyyarə pilotu, tibb bacısı və mühafizə xidmətçisidir.

Kralın 4-cü arvadı kraliça Suthida isə zamanında hostes və kirayəlik evlərin rəhbər köməkçisi işləyib.

Qeyd edək ki, ömrünün çox hissəsini Almaniyada keçirən Vajiralonkorn 2016-cı ildə atasının ölümündən sonra taxta çıxıb.

Xalidə, musavat.com

 


Вернуться назад