Главная > Aktual > Müsavat Partiyası seçkilər mövzusunda Dəyirmi Masa keçirəcək

Müsavat Partiyası seçkilər mövzusunda Dəyirmi Masa keçirəcək


26-08-2019, 19:13.

           Müsavat Partiyası seçkilər mövzusunda Dəyirmi Masa keçirəcək

 

Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib.

 

Bu barədə Partiyanın mətbuat xidməti məlumat yayıb.

 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ötən həftə görülən işlər haqqında məlumat verib.

 

Divanda Müsavat Partiyası Şəmkir, Zaqatala və Astara rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlar və Qurultaya Hazırlıq üzrə işlərin gedişi müzakirə olunub.

 

Divanda 22 avqustda Azərbaycan Xalq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin Fəxri Xiyabanda keçirilən anım tədbirində Müsavat üsvlərinin iştirakı ilə bağlı məlumat verilib.

 

Divanın toplantısında Müsavat Partiyasının Zaqatala, Astara, Kürdəmir, Xaçmaz və başqa yerli təşkilatların toplantılarına polis orqanlarının qeyri-qanuni müdaxiləsi, partiya üzvlərinin polisə çağırılması, eyni zamanda Divan üzvü Tofiq Yaqublunun Respublika Prokurorluğuna çağırılaraq, ona sosial şəbəkələrdəki yazılarına görə xəbərdarlıq edilməsi, DİN-in və Respublika Prokurorluğunun birgə geniş bəyanat yayması ətraflı müzakirə olunub.

 

Respublka Prokurorluğu və DİN-in Müsavat Partiyasına qarşı bu cür qeyri-qanuni davranışları qətiyyətlə pislənilib.

 

Divan hakimiyyətdən Müsavat Partiyası və bütövlükdə müxalifətə qarşı bu tipli qeyri-qanuni, antikonstitusion hərəkətlərə son qoyulmasını tələb edib.

 

Divanda bu il Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirməli olan bələdiyyələrə keçiriləcək seçkilər müzakirə olunub.

 

Divan sentyabr ayının 1-ci ongünlüyündə seçkilər mövzusunda Dəyirmi Masa keçirilməsi ilə bağlı qərar qəbul edib.

 

İclasın sonunda ölkədə, regionda və dünyada baş verən hadisələr və proseslər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

 

Sonda cari məsələlərə baxılıb.

 


Вернуться назад