Главная > İdman > 16 yaşında “Barselona”da debüt etdi – 100 milyon qiyməti var

16 yaşında “Barselona”da debüt etdi – 100 milyon qiyməti var


26-08-2019, 13:22.

       16 yaşında "Barselona”da debüt etdi – 100 milyon qiyməti var

 

Ansu Fati debüt matçında "Barselona"nın tarixinə düşüb.

Qol.az-ın məlumatına görə, o, La Liqanın 2-ci turunda "Betis"lə görüşün (5:2) 78-ci dəqiqəsində Karles Peresin əvəzinə meydanda daxil olan Fati Kataloniya klubunda oynamış ikinci ən gənc oyunçu olub. Bissau-qvineyalı futbolçu 16 yaş 300 günlüyündə bu nəticəni göstərib.

"Barselona"da ən gənc futbolçunun meydana çıxdığı tarix isə 1941-ci ilə təsadüf edir. Həmin il Visente Martines 15 yaş 298 günlüyündə ölkə çempionatında ilk oyuna çıxıb.

Qeyd edək ki, kataloniyalıların futbol akademiyasının ən perspektivli oyunçularından olan Fati ilə ötən ay peşəkar müqavilə imzalanıb. Ona 100 milyon avro təzminat qiyməti qoyulub.

 


Вернуться назад