Главная > Siyasət > Con Bolton: “ABŞ “Sazişsiz breksit” məsələsində Böyük Britaniyanın yanındadır”

Con Bolton: “ABŞ “Sazişsiz breksit” məsələsində Böyük Britaniyanın yanındadır”


13-08-2019, 10:14.

       Con Bolton: "ABŞ "Sazişsiz breksit” məsələsində Böyük Britaniyanın yanındadır”

 

"ABŞ Böyük Britaniya hökumətinin "sazişsiz Breksit” qərarı alması halında onu böyük şövqlə dəstəkləyəcək”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Böyük Britaniyanın baş naziri Con Boltonla görüşü zamanı bəyan edib.

Onun sözlərinə görə, prezident Donald Tramp Böyük Britaniyanın Avropa Birliyindən bu ilin oktyabrın 31-də çıxmasını böyük həvəslə gözləyir. Bundan başqa, Con Bolton ABŞ və Böyük Britaniya arasında tam həcmli sərbəst ticarət haqqında saziş üzərində çalışdıqlarını deyib.

ABŞ rəsmisi "sazişsiz Breksit” məsələsində Boris Conson və hökumət üzvlərinin qərarlılığının onların gözlərindən oxuduğunu sözlərinə əlavə edib. O, bununla bağlı təkrar referendum keçrilməsini tələb edənlərlə bağlı fikirlərini çatdırıb.

"Avropa Birliyində qəribə dəb yaranıb. İnsanlar elitaların arzulamadığı bir şeyə səs verdiyi zaman onlar istədikləri nəticəni alana qədər xalqı təkrar və təkrar seçki qutularına getməyə məcbur edirlər”, -deyə Con Bolton Birlik tərəfdarlarının bostanına daş atmağı unutmayıb.

Onun rəsmi Londona əsas mesajı isə ABŞ-ın Böyük Birtaniyanın Avropa Birliyindən ayrılması təqdirində üzləşə biləcəyi ağır nəticələri yumşalda biləcəyi barədə olub. Buna rəğmən Con Bolton ingilislərlə maliyyə sahəsində razılığa gəlmək yolunda ciddi problemlərin olduğunu eitraf edib.

Görüş zamanı Böyük Britaniyanın İran məsələsində ABŞ-la eyni mövqeni sərgiləyəcəyi (məsələn nüvə anlaşmasından çıxmaq kimi-red.) barədə rəsmi bəyanatın səsləndiriləcəyini də güman edənlər vardı. Lakin Con Bolton bu məsələdə tələsmədiklərini tərəf müqabillərinə çatdırıb: "Biz buraya sizə diplomatik təzyiq göstərməyə gəlməmişik. Sadəcə "Breksit”lə bağlı kömək etmək istəyirik”.

 


Вернуться назад