Главная > Baş Xəbər / Müsahibə > Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?13-08-2019, 14:29. |
Əli Məsimli: "İkirəqəmli inflyasiyanın əsas törədicisi monopoliyalardır” Hazırda dünyada neft qiymətlərini salan proseslər gedir, getdikcə də dərinləşir. ABŞ-Çin ticarət savaşı, dünyada və Çində iqtisadi artım sürətinin zəifləməsi, eyni zamanda yeni qlobal böhran gözləntilərinin artması. Bu şəraitdə Azərbaycan hökuməti hansı addımları atmalıdır? Hansı tədbirlər görülməlidir ki, 2015-2016-cı illərdəki problemlər yenidən meydana çıxmasın? Bu və digər suallarımıza iqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və komitəsinin üzvü Əli Məsimlidən cavab aldıq. - Əli bəy, dünyada gedən iqtisadi və siyasi proseslər bizim kimi resurs ölkələri üçün heç də əlverişli şərtlər formalaşdırmır. Bu şərtlər fonunda Azərbaycan hansı addımları atmalıdır? - Hazırda dünya iqtisadiyyatı çox təhlükəli bir fazadadır. Dünya iqtisadiyyatı üçün 2019-cu ilin əsas təhlükələri siyasi oyunların və buna uyğun olaraq da siyasi gərginliyin artan xətlə getməsi, qlobal "ticarət müharibəsi” və beynəlxalq maliyyə bazarlarında vəziyyət mürəkkəbləşməsi və sair bu kimi problemlər qlobal böhran təhlükəsi yaradır.Bütün bunların fonunda bu il Azərbaycanda iqtisadi artım tempinin sürətlənməsi, xarici ticarət və daxili maliyyə balanslarının tarazlığı bütövlükdə ölkənin makroiqtisadi sabitliyini təmin edə bilir. Eyni zamanda Azərbaycanın maliyyə bazarı dünya maliyyə bazarı ilə əlaqəsi zəif olduğundan, milli valyutamız tam üzən məzənnə rejiminə keçmədiyindən, manatın məzənnəsini valyuta bazarındakı durumdan daha çox Mərkəz Bank müəyyənləşdirdiyindən, hazırda dünya iqtisadiyytaında gedən proseslərin, o cümlədən ABŞ-Çin ticarət savaşı, valyuta müharibələri, dünyada və Çində iqtisadi artım sürətinin zəifləməsi və sair bu kimi mənfi meyllər Azərbaycan iqtisadiyyatına birbaşa təsir eləmir. Amma təbii ki, dolayı təsirlər var və hadisələrin gedişi də göstərir ki, bu təsir getdikcə güclənəcək... - Bu şəraitdə manatın məzənnəsinə hansı təhlükələr yaranır? -Manatın 2015-ci ildəki iki şok devalvasiyası göstərdi
ki, milli valyutamız üzən məzənnə rejiminə keçməsə də, Azərbaycan iqtisadiyyatı
neft amili vasitəsilə birtərəfli şəkildə "xarici şəraitə” elə güclü
"inteqrasiya” olunub ki, məhz həmin "inteqrasiyadan” doğan asılılıq qarşıdakı
illərdə dünya iqtisadiyyatında gedən proseslərdən qaynaqlanan çağırışlara
adekvat cavablar axtarmağı ciddi zərurətə çevirib. Bu, ilk növbədə dünya
bazarında neftin qiymətinin psixoloji həddən aşağı enərək qeyri-müəyyənlik
zolağına daxil olmasından doğan problemlərlə bağlı olacaq. Beynəlxalq aləmdəki
gərginliyi artıran həmin amillər neftin ucuzlaşmasına səbəb olur. Qlobal
"ticarət mühabirəsi" də Azərbaycana müəyyən dərəcədə təsir edəcək. Bu
isə manata həm iqtisadi,həm də psixoloji xarakterli təzyiqləri artırır. -Yaxın və orta perspektivdə Azərbaycanın qarşısında daha çox 5 mühüm problemin həlli durur: Birincisi, islahatları dərinləşdırmək hesabına iqtisadiyytaımızın neft amilindən asılılığının azaldılması və Azərbaycan iqtisadiyytaının hərəkətverici qüvvəsini iqtisadiyyatın liberallaşdırılması, insan inkiafının önə çıxarılması və innovasiyalı inkişaf relsləri üzərinə keçirilməsi istiqamətində atılan addımları sürətləndirmək. İkincisi, hazırda dünyada gedən proseslər qarşıdakı illərdə dünya iqtisadiyyyatında ciddi dəyişiklərə gətirib çxaracaq. Bunula əlaqədar olaraq Azərbaycanda başlanan islahatlarda, ortamüddətli perspektivdə dünya təsərrüfat sisteminin simasını müəyyən edəcək, bəlkə də dizaynını dəyişdirəcək əsas trendləri nəzərə almaqla çevik dəyişikliklər etməyi bacarmaq. Üçüncüsü, korrupsiya, inhisarçılıq və ondan qaynaqlanaraq ölkənin öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqisinin qarşısında buxova çevrilmiş neqativlərin aradan qaldırılmasına yönələn işləri genişləndirmək. Bunun magistral yolu islahatları dərinləşdirməkdən və iqtisadiyyatın liberallaşdırılmasından və rəqəmsallaşdırılmasının gücləndirilməsindən, idarəetmə sistemində çevikliyin, şəffaflığın, hesabatlılığın və məsuliyyətin artrılmasından keçir. Məlumdur ki, bu qəbildən olan islahatlatlar sistemli və davamlı xarakter alıb əhali tərəfindən dəstəklənəndə onun nəticələri həm iqtisadiyyat, həm də əhali üçün daha müsbət olur. İslahatlar dərinləşsə və təsərrüfat fəaliyyətinin rəqəmsallaşdırılması gücləndirilsə, şəffaflıq, hesabatlılıq və məsuliyyət artrılarsa korrusionerlər indiyə qədərki səviyyədə korrupsiya ilə məşğul ola, monopolistlər indiki səviyyədə pozucu fəliyyətlə məşğul ola, dominant mövqelərindən istifadə edib kiçik və orta biznesi indiki qədər sıxa, süni qiymət artımı hesabına xalqı soya, məmurların acgöz zümrəsi indiki qədər özbaşınalıq edə bilməyəcək. İqtisadiyyatın liberallaşdırılmasının sürətləndirilməsi hesabına azad sahibkarlığa və təşəbbüskarlığa hər cür şərait yaradılmalıdır ki, getdikcə daha çox insan özünü və ailəsini öz gücünə, öz imkan və qabiliyyətinə uyğun səviyyədə dolandıra bilsin, əhalinin, kiçik və orta sahibkarların gəlirləri korrupsiya və monopoliyanın "yeminə” çevrilməsin. Dördüncüsü, ölkədə həyata keçirilən sosial paketlərin bəhrəsini monopoliyanın yox, əhalinin görməsini etibarlı şəkildə təmin etmək. Belə ki, bu ilin əvvəlindən iki böyük sosial islahat paketi həyata keçirilir. Hər iki paketin ümumi dəyəri 2019-cu il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə azı 3 milyard manatdır. Bu sosial paketlər 4,2 milyon insanı əhatə edəcək. Bunun nəticəsində dövriyyəyə daxil olan əlavə pul kütləsi, eləcə də istehlak kreditlərinin artmağa başlaması inflyasıya təzyiqini artıracaq və həmin təzyiqin bir hissəsi real qiymət artımı şəklində özünə göstərəcək. Amma bir sıra əks təsir göstərən amillərin sayəsində sözügedən bu iki amil ikirəqəmli inflyasiya yarada bulməz. Ölkəmizdə ikirəqəmli inflyasiyanın əsas törədicisi monopoliyalardır. Məlum olduğu kimi, ikinci sosial paketin hələ gələn aydan,yəni sentyabrdan həyata keçilməyə başlanılması planlaşdırılsa da, bu məsələ gündəmə gələn vaxtdan etibarən artıq monopoliya əhalinin güzəranının pisləşməsinin qarşının alınmasına yönəldilən həmin 5,3 milyard manat pulun xeyli hissəsini ələ keçirmək üçün süni qiymət artımı və sair mexanizmlərini işə salıb. Bunun qarşısının qətiyyətlə alınması hökumətin vacib borcudur. Süni qiymət artımına qarşı təsirli və işlək mexanizm tətbiq edilməlidir ki, artan maaş, pensiya və digər ödənişlər onun ”yem"inə çevrilməsin. Beşincisi, kredit qoyuluşları artmağa başlasa da, yenidən real sektorun inkişafına yox, istehlak kreditlərinə üstünlük verilməyə başlayıb. 2015-2016-cı illərdə bunun yaratdığı fəsadlar hələ tam aradan qaldırılmayb. Kredit faiz dərəcələrinin aşağı salınması və bank sisteminin real sektorla əlaqəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar aparılmasına ehtiyac var. Altıncısı, artıq gördüncü ildir ki,ölkədə sərmayə qoyuluşları sahəsində durğunluq və azalma davam edir və nəticədə onun həcmi 2014-cü ildəki ÜDM-in 30 faizindən indi ÜDM-in 16 faizi səviyyəsinə enib. Bu, hazırkı şəraitdə məqbul sayıla biləcək həddən 2 dəfə aşağıdır. Sərmayə qoyuluşlarının strukturu da innovasiyalı inkişaf prinsiplərinə uyğun gəlmir, onur 70 faizdən çoxu tikinti-quraşdırma işlərinə və yalnız 12 faizi maşın,avadanlıq və sair texnikanın tətbiqinə sərf olunur. İqtisadi artım templərini sürətləndirməkdən ötrü, həm sərmayə qoyuluşlarının yeni mərhələnin hədəflərinə uyğun şəkildə artırılması, həm də onun strukturunu əsaslı surətdə təkmilləşdirib, perspektivli istehsal sahələrinə, daha çox əlavə dəyər gətirən sahələrə yönəldilməsi, sərmayə qoyuluşlarının səmərəliliyinin artırılması və yetərincə yaxşı maaşlı iş yerlərinin açılması istiqamətində təsirli tədbirlərin görülməsi çox vacibdir. - Sizcə, dünya bazarında neftin qiymətinin yenidən 2015-2016-cı illərin səviyyəsinə enməsi və Azərbaycanda həmin illərin ssenarisinin təkrarlanması ehtimalı nə qədərdir? - Qlobal miqyasda siyasi gərginliyin artan xətlə getməsi yenidən bu sualı ön plana çıxarıb. Bununla belə, bayaq qeyd etdiyimiz kimi, bu il Azərbaycanda iqtisadi artım tempinin sürətlənməsi, xarici ticarət və daxili maliyyə balanslarının tarazlığı bütövlükdə ölkənin makroiqtisadi sabitliyini təmin edə bilir. Qlobal proseslərin təsiri ilə neftin qiymətinə münasibətdə ucuz neft mərhələsinin gəlişi qaçılmaz görünsə də, yaxın perspektivdə neftin qiymətinin kəskin surətdə aşağı enməsi və 2015-2016-cı illərdəki kimi 34-42 dollar həddinəcən aşağı enməsi üçün fundamental iqtisadi əsaslar olmadığından, belə bir ehtimal da çox azdır. Ona görə də hazırda Azərbaycanda 2015-2016-cı illərin ssenarisinin təkrarlanması ehtimalı yoxdur. Bununla belə, hazırkı qeyri-müəyyənlik şəraitində neftin qiymətinin enmə trayektoriyasını dəqiq müəyyən etmək də çox çətindir. Ona görə ki, hazırda neftin qiyməti iqtisadi amillərdən daha çox geopolitik, geoiqtisadi amillərdən və siyasi oyunlardan asılıdır. Əgər neftin qiymətinə real təsir gücünə malik olan ABŞ qiyməti aşağı salmaqla rus rublunu dəyərsizləşdirib Rusiya iqtsadiyyatına növbəti zərbə vurmaq mexanizmini daha ciddi-cəhdlə işə salsa, onda bu ssenarinin Azərbaycana da mənfi təsiri güclü ola bilər. -Qiymət enişi daha da dərinləşərsə, Azərbaycan üçün hansı çətinliklər yarada bilər? -Bayaq dediklərimiz göstərir ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi yalnız ehtimal kimi müzakirə oluna bilər. Neftin qiyməti 50 dollara qədər enərsə, elə bir problem hiss olunmaz. 2015-2016-cı illərdə gördük ki, problem neftin qiymətinin 40 dollar ətrafına düşəndən və bizim əsas ticarət partnyorlarımızın, xüsusən də Rusiyanın milli valyutası devalvasiyaya uğradıqdan sonra yaşanmağa başlanır. Neftin qiymətinin aşağı düşməsi təbii surətdə büdcəyə də təsir edir. Amma Azərbaycan büdcəsinin konstruksiyası elə qurulub ki, neftin qiymətinin aşağı düşməsi ilə büdcədə ciddi problem görünmür. Çünki büdcə gəlirlərinin yarıya yaxını Dövlət Neft Fondundan transfert hesabına formalaşır. Ona görə də neftin qiymətinin hansı həddəcən aşağı düşməsindən asılı olmayaq, hökumət Neft Fondundan transfert hesabına 2019-cu ildəki sosial öhdəliklərini yerinə yetirə bilər. Son illər digər iri mənbə qeyri-neft sektorundan daxilolmalardan ibarətdir. Neftin qiymətinin enməsi daha çox Dövlət Neft Şirkəti və Beynəlxalq Konsorsium xəttilə büdcəyə daxilolmaları azalda biər ki, son illər bunların da büdcədəki payı xeyli azalıb. Bu ilin əvvəlindən neftin qiymətinin proqnozlaşdırılan 60 dollardan yüksək olması hesabına Dövlət Neft Fonduna daxilolmalar da proqnozu üstələyib. Neftin qiymətinin kəskin enmsi Dövlət Neft Fonduna daxilolmaları azaldar, ÜDM-in artım tempini aşağı salar, tədiyyə balansına, xarici ticarət balansına, maliyyə-kredit, tikinti sektoruna və sair sahələrə də mənfi təsir göstərər.... Amma neftin qiymətinin kəskin enməsi və aşağı qiymətin xeyli davam etməsi bayaq dediyimiz kimi, daha çox manata təzyiq formasında özünü göstərər. -Resurs qiymətlərinin növbəti eniş dövründə böhran yaşamamaq üçün həm makroiqtisadi səviyyədə, həm də digər səviyyələrdə nələr edilməlidir? - Azərbaycan iqtisadiyyatı 2015-ci ilin iki şok
devalvasiyasının törətdiyi fəsadlardan sonra yenidən inkişaf trayektoriyasına
çıxır. Bu ilin altı ayında ÜDM 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artıb.
Hazırda neftin qiyməti 2019-cu ilin büdcə proqnozunda öz əksini tapan 60
dolların altına düşüb, onun ətrafında "rəqs edir”. Belə şəraitdə 2019-cu ilin
ikinci yarısında da Azərbaycan iqtisadiyyatında ilin birinci yarısının
sadaladığımız istiqamətlərdə müsbət dinamıka davam edəcək. Son vaxtlar neftin
qiymətində qalxıb-enmələr daha çox nəzərə çarpsa da, yaxın perspektivdə neftin
qiymətində kəskin enmələrin olması ehtimalı azdır. Neftin qiymıti kəskin şəkildə
aşağı düşsə və xeyli müddət aşağı səviyyədə qalsa, onda manata təzyiq güclənəcək
və son vaxtlar haqqında çox danışılan "revalvasiya” ifadəsi əvəzinə
"devalvasıya” sözü aktuallaşar. Düşünüruk ki, həm hökümət,həm də Mərkəzi Bank
2015-2016-cı illərin acılarından nəticə çıxarıb və neftin qiymətinin kəskin
aşağı düşməsinin yaratdığı fəsadları 2015-ci ildəkindən daha səriştəli şəkildə
minimuma endirə bilərlər. -Qeyri-neft sektorunun inkişafı
üçün atılan addımlar neft ucuzlaşdığı təqdirdə Azərbaycan iqtisadiyyatını dərin
böhrandan qorumaq üçün yetərli hesab etmək olarmı? - Hazırda növbəti ilin büdcə layihəsi üzərində işlənilir. Büdcənin neftin hansı qiyməti ilə proqnozlaşdırılmasını daha münasib hesab edirsiniz? - Qlobal risklər gücləndikcə hadisə və proseslər elə sürətlə dəyişir ki, bir aydan sonra dünya maliyyə, eləcə də neft bazarında vəziyyətin necə olacağını və buna əsasən hansı yeni qərarların qəbul edilməsinin zəruri olacağını indidən söyləmək çətindir. Bununla belə, qlobal kontekstdə vəziyyət nə qədər kritik olsa da, hazırda dünya neft bazarında 2015-2016-cı illərin vəziyyətinin təkrarlanaraq neftin qiymətinin 33-40 dollara düşməsi üçün yetərincə iqtisadi əsas yoxdur. Neftin qiymətinin indiki enişi daha çox siyasi oyunların, ticarət müharibələrinin və birja oyunlarının, qismən də manevrlərinin, psixoloji və panik məqamların nəticəsidir. Neftin qiyməti qeyri-müəyyənlik trayektoriyasında olanda artıq hökumətin büdcə proqnozlarınada adekvat addmlar atmaq təcrübəsi var. Məsələn, neftin qiyməti qeyri-müəyyənlik trayektoriyasında olanda hökumət 2018-ci ilin büdcəsində neftin qiymətini bir barel üçün 45 dollar götürmüşdü və sonradan büdcəyə yenidən baxanda dünya neft bazarındakı situasiyanı nəzərə alaraq korrektə edib, proqnozu 55 dollara qaldırdı. Yaxın aylarda neftin qiyməti qeyri-müəyyənlik trayektoriyasından çıxmazsa, onda hökumət yenə də 2018-ci ilin büdcə proqnozlaşdırması təcrübəsindən istifadə edə, 2020-ci ilin büdcəsində neftin qiymətini, məsələn, aşağ-yuxarı 50 dollar ərafında bir rəqəm səviyyəsində götürə, büdcəyə yenidən baxmaq lüzumu yaranarsa, sonradan həmin proqnozu dəyişə bilər. Dünya Sakit,
Вернуться назад |