Главная > Baş Xəbər / Dünya > Almazbek Atambayev artıq qatil olaraq məhkəmə qarşısına çıxarılacaq

Almazbek Atambayev artıq qatil olaraq məhkəmə qarşısına çıxarılacaq


13-08-2019, 12:50.

         Almazbek Atambayev artıq qatil olaraq məhkəmə qarşısına çıxarılacaq

 

Qırğızıstan Baş prokurorluğunun Operativ-axtarış və istintaq fəaliyyyəti üzərində nəzarət idarəsinin rəisi Zamir Beyşekeyev keçmiş prezident Almazbek Atambayevə qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüəcəyini açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, A.Atambayevin bundan başqa kütləvi iğtişaşların təşkili, qətl sifirişçisi kimi digər maddələrlə təqsirləndiriləcəyi gözlənilir.

Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev xəbəri təsdiq edərək keçmiş prezidentin hətta ölkədə çevriliş planlaşdırdığını bildirib.

"Ona dövlət çevrilişini həyata keçirmək üçün qan lazım idi. Bütün bunlar onun düşüncəsi olub”,-deyə O. Opumbayev söyləyib.

Qeyd edilir ki, Almazbek Atambayevin həbs olunması üçün keçirilən əməliyyat zamanı bir xüsusi təyinatlı həlak olub. İstintaq həmin əməkdaşın məhz keçmiş prezidentin silahından açılan atəşlə öldürüldüyünü təsdiqləyib.

Eks-prezidentin evindən tapılan çoxlu sayda odlu silah, o cümlədən "Draqunov” snayper tüfəngi onları belə qənaətə gəlməyə əsas verib.

Prokurorluq Almazbek Atambayevin ən az 6 dəfə xüsusi təyinatlılıara atəş açdığını təsbit edib. Bu detalı onun özü istintaqa verdiyi ifadəsində də göstərib.

Bundan başqa, Qırğızıstan hüquq-mühafizə orqanları ölkənin keçmiş liderinin əmlakı üzərinə həbs qoymağa başlayıblar. Baş prokuror Otkurbek Cəmşidov eks-prezidentin 120 adda əmlakının müsadirə edildiyini açıqlayıb.

 


Вернуться назад