Главная > Dünya > Deputat narkotiklə tutuldu

Deputat narkotiklə tutuldu


3-03-2016, 12:13.

Deputat narkotiklə tutuldu

Almaniyada Yaşıllar Partiyasının Federal Məclisdəki üzvü Volker Bek narkotiklə tutulub.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, onun üzərində 0,6 qram narkotik maddə aşkar edilib.

Məlum olub ki, deputat üzərindən çıxan narkotik maddədən davamlı olaraq istifadə edirmiş.

Bek partiya daxilində üzərinə götürdüyü daxili işlər və din işləri xidməti vəzifələrindən və Almaniya-İsrail parlament qrupu rəhbərliyindən ayrılacağını bildirib.

Alman mətbuatında çıxan xəbərlərdə Bekin sintetik narkotik Crystal Meth adlı maddə ilə yaxalandığı iddia edilib.


Вернуться назад