Главная > Aktual > Yaponiyada 6,2 maqnituda gücündə zəlzələ olub

Yaponiyada 6,2 maqnituda gücündə zəlzələ olub


4-08-2019, 21:14.

       Yaponiyada 6,2 maqnituda gücündə zəlzələ olub

 

Bazar günü Yaponiyanın şimal-şərqində, Fukusima prefekturası yaxınlığında 6,2 maqnituda gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Meteoroloji İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri Fukusima prefekturası sahilinə düşüb, ocağı isə okeanın təqribən 50 km dərinliyində qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə heç bir məlumat yoxdur. Yeraltı təkanlar bir sıra şimal-şərq prefekturalarında, eləcə də Tokioda hiss olunub.

 


Вернуться назад