Главная > Baş Xəbər / Mövqe > Ərdoğan yeni hərbi əməliyyatın anonsunu verdi

Ərdoğan yeni hərbi əməliyyatın anonsunu verdi


4-08-2019, 20:33.

        Ərdoğan yeni hərbi əməliyyatın anonsunu verdi

Türkiyə Suriyanın şərqində yeni antiterror əməliyyatına başlayacaq. Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində çıxışı zamanı deyib.

 

T.Ərdoğan xatırladıb ki, Türkiyə ordusu daha əvvəl Suriyanın Afrin, Cerablus və Əl-Bab regionlarını terrorçulardan təmizləyib: "Bizim yeni hədəfimiz - Fərat çayının şərqidir.

Biz Rusiya və ABŞ tərəflərini Suriayda yeni əməliyyata başlamağa hazır olduğumuz barədə məlumatlandırmışıq".

Türkiyə prezidenti qeyd edib ki, Ankara Suriya ərazisindən sərhədboyu yaşayış məntəqələrinə hücumlara və təxribatlara göz yummayacaq: "Türkiyənin səbrinin də həddi var".

 


Вернуться назад