Главная > Aktual / GÜNDƏM > Ermənistanın Baş Qərargah rəisi Qarabağa gəldi

Ermənistanın Baş Qərargah rəisi Qarabağa gəldi


2-08-2019, 21:59.

          Ermənistanın Baş Qərargah rəisi Qarabağa gəldi

 

Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan yenidən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, A.Davtyan Qarabağda təmas xəttində yerləşən hərbi hissədə olub. Onu burada qondarma rejimin "müdafiə naziri” general-mayor Karen Abramyan müşayiət edib.

Qeyd edək ki, bu, Davtyanın son bir ay ərzində Qarabağa ikinci səfəridir. O, sonuncu dəfə Qarabağda iyulun 3-də olub.

 


Вернуться назад