Главная > İqtisadiyyat > Kaliforniya Universiteti iqtisadçı alimimizin elmi məqaləsini nəşr edib

Kaliforniya Universiteti iqtisadçı alimimizin elmi məqaləsini nəşr edib


26-07-2019, 11:57.

         Kaliforniya Universiteti iqtisadçı alimimizin elmi məqaləsini nəşr edib

 

İqtisadçı alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramovun daha bir elmi tədqiqatı dünyanın aparıcı jurnallarının birində nəşr edilib. CESD tədqiqatçıları olan Dan Breban və Elmir Muxtarov ilə birgə hazırladığı "Avrasiya İqtisadi Birliyinin iqtisadi təsirlərinin qiymətləndirilməsi: Regional Linear Reqresiyasının tətbiqi” adlı məqalə ABŞ-ın Kaliforniya Universitetinin "Communist and Post-Communist Studies” jurnalında yayımlanıb. Elsevir nəşriyyatı tərəfindən nəşr edilən və "Thomson Reuters” bazasına daxil olan və İctimai Elmlər İstinad İndeksi olan "SSCI” (Social Sciences Citation Index) sistemində qeydiyyatda olan bu jurnal dünyada post-kommunizm elmi araşdırmaları üzrə ən yaxşı 2 jurnaldan biri hesab olunur.

Musavat.com xəbər verir ki, araşdırmada Linear Regressiya Modelindən isifadə etməklə Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinə təsirləri qiymətləndirilib. Üzv ölkələr üzrə iqtisadi təsirlərdə cüzi fərqlər olsa da model nəticələri göstərir ki, birliyə üzvlük həmin ölkələrin iqtisadiyyatlarına ciddi töhvə verməyib. Eyni zamanda, Azərbaycanın birliyə potensial üzvülüyünün eknometrik dəyərləndirilməsi aparılıb. Modelin nəticələri və eləcə Azərbaycanın iqtisadi və xüsusən müstəqil enerji siyasəti üzrə aparılan təhlillər göstərib ki, ölkəmiz birliyə üzv olarsa bu iqtisadiyyatımız bundan faydalanmayacaq. O baxımdan da ekonometrik və statistik təhlillərə əsaslanaraq Azərbaycanın bu birliyə üzvülüyü tövsiyyə olunmur.

Məqalə ilə bu linkdə tanış ola bilərsiniz:

https://www.sciencedirect.com/science/article/pii/S0967067X19300315?via%3Dihub

 


Вернуться назад