Главная > Kriminal > Nazir nəvəsi olan keçmiş vəkilin məhkəmə işi - müxalifətin sifarişi olduğunu deyir

Nazir nəvəsi olan keçmiş vəkilin məhkəmə işi - müxalifətin sifarişi olduğunu deyir


26-07-2019, 15:31.

       Nazir nəvəsi olan keçmiş vəkilin məhkəmə işi - müxalifətin sifarişi olduğunu deyir

 

Keçmiş vəkil hakim qarşısına çıxarılıb. Bir zamanlar başqalarının hüquqlarını müdafiə edən şəxs indi özü dələduzluqda ittiham edilir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Vüqar Poladovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bildirək ki, Vüqar Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub. Daha sonra isə vəkil kimi fəaliyyət göstərib.

V.Poladov uzun müddət İctimai Televiziyada "İcra məmuru" rubrikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib. Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. Sonradan vəkillik fəaliyyətini də qeyri-müəyyən səbəbdən dayandırıb.

V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir.

O, Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham olunur. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Vəkilə cinayət işi açılması ilə bağlı ilginc məlumatlar var. Criminal.az saytı yazırdı ki, V.Poladov özü baş prokurora müraciət edərək hakimlərə rüşvət verdiyini, xeyrinə qərarlar çıxardığını deyib.

Amma Poladov bu iddianı rədd edir. O deyir ki, barəsində cinayət işi açılması müxalifətin sifarişidir. Belə ki, o müxalifət düşərgəsində xeyli agent yerləşdirdiyini, müxalifətin bundan xəbər tutduqdan sonra barəsində sifarişlə cinayət işi açdırdığını iddia edir.

İlkin Muradov
Musavat.com

 


Вернуться назад