Главная > Aktual > General Süleymani Suriyada İranın dəstəklədiyi silahlı qruplarla görüşdü

General Süleymani Suriyada İranın dəstəklədiyi silahlı qruplarla görüşdü


26-07-2019, 19:05.

       General Süleymani Suriyada İranın dəstəklədiyi silahlı qruplarla görüşdü

 

İranın İnqilab Keşikçiləri Qvardiyasının "Qüds Ordusu" korpusunun başçısı, general-mayor Qasim Süleymani dünən Suriyanın Deyrizor bölgəsinə səfər edib.

Səfəri ərzində Süleymani İranın dəstəklədiyi xarici terrorçu qruplarla görüşüb.

O, görüş zamanı "ABŞ-a qarşı savaşa hazır olun” mesajı verib. General ABŞ-a qarşı müharibə mövzusunda Əsəd rejimi ilə aralarında hər hansı problem olmadığı barədə qruplara təminat verib.

Aznews.az xatırladır ki, ABŞ Suriyanın cənubunda uzun müddət əvvəl yardımı dayandırdığı Azad Suriya Ordusuna keçən həftə yenidən təlim keçməyə başlayıb.

İranın dəstəklədiyi terrorçu qruplar hazırda Suriyanın cənub-şərqində İraq sərhədinə nəzarət edirlər.

 


Вернуться назад