Главная > Mədəniyyət > Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM

Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM


24-07-2019, 19:14.

          Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd olunacaq -SƏRƏNCAM

 

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.


Вернуться назад