Главная > İdman > "Real"da ciddi itki -Asensio növbəti mövsümü buraxa bilər

"Real"da ciddi itki -Asensio növbəti mövsümü buraxa bilər


24-07-2019, 16:16.

      "Real"da ciddi itki -Asensio növbəti mövsümü buraxa bilər

 

"Real"ın futbolçusu Marko Asensio zədələnib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçi Beynəlxalq Çempionlar kubokunda "Arsenal"la matçın (2:2) ikinci hissəsində ciddi zədə alıb. O, meydanı xərəklə tərk edib.

Tibbi müayinədən keçən 23 yaşlı oyunçunun sol diz ön çarpaz bağlarının qopduğu müəyyənləşib. Onun növbəti mövsümü buraxa biləcəyi vurğulanıb.

Qeyd edək ki, Asensio London klubu ilə görüşdə 59-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub.

 


Вернуться назад