Главная > Mədəniyyət > Dneprdə küçələrdən birinə Maqomayevin adı verildi

Dneprdə küçələrdən birinə Maqomayevin adı verildi


24-07-2019, 21:33.

         Dneprdə küçələrdən birinə Maqomayevin adı verildi

Ukraynanın Dnepr şəhərindəki küçələrdən birinə Azərbaycan və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin adı verilib.

Bu barədə deputatlar Dnepr Şəhər Şurasının iyulun 24-də keçirilmiş növbəti sessiyası zamanı müvafiq qərar qəbul ediblər.

Bildirilir ki, şəhərin Sobornı rayonundakı 8 Mart küçəsinə azərbaycanlı müğənninin adı veriləcək.

MerBoris Filatov deyib ki, şəhər hakimiyyətinin bu qərarı Dneprdə yaşayan azərbaycanlılara hədiyyədir:

"Şəhərdə azı 30 min azərbaycanlı yaşayır. Bu qərar onlara hədiyyədir. Bu, təkcə onlara deyil, Müslüm Maqomayevi sevən bütün valideynlərimizə də hədiyyədir. O, dahi olub”.

 


Вернуться назад