Главная > Siyasət > Müsavat rəhbərliyi Elmar Hüseynovun qəbrini ziyarət edib

Müsavat rəhbərliyi Elmar Hüseynovun qəbrini ziyarət edib


2-03-2016, 13:47.
Müsavat rəhbərliyi Elmar Hüseynovun qəbrini ziyarət edib
Bu gün "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 11 il ötür. 
 
Dünən Müsavat Partiyasının rəhbərliyi mərhum jurnalistin məzarını ziyarət edib. Bu haqda "Basta”ya partiyanın təşkilat şöbəsinin rəhbəri Razim Əmiraslanlı məlumat verib.
 
Müsavatçılar mərhum jurnalistin xatirəsini yad edib, onun ruhuna dua oxuyub və məzarı üstünə gül dəstələri qoyublar. Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər çıxış edərək, Elmar Hüseynovun öz qələmi ilə azadlıq uğrunda apardığı mücadiləni qeyd ediblər.  Jurnalistin qətlinin üstü açılmadığına görə, bu qəddar cinayətin məsuliyyətinin hakimiyyətin üzərində olduğunu vurğulayıblar. Müsavatın Divan üzvü, jurnalist Alya Yaqublu Elmar Hüseynovun yaradıcılıq fəaliyyəti, onun cəsur mövqeyi və istedadı ilə bağlı öz xatirələrini danışıb.
 
Razim Əmiraslanlı bildirib ki, bu gün Müsavat təmsilçiləri Tərtər özünümüdafiə batalyonunun keçmiş komandiri mərhum Sərdar Həmidovun yas mərasimində iştirak etmək etmək üçün Tərtərə gediblər. Bu səbəbdən Elmar Hüseynovun qəbri bir gün əvvəldən ziyarət edilib.
12769371_940433159403779_369322700_n
12784225_940433266070435_1803451405_n 12784370_940208152759613_1714020321_n
 
 
 
 
 
 
 
 
 
bastainfo.com

Вернуться назад