Главная > Mədəniyyət > Nazarbayevin sevdiyi mahnıların siyahısı bəlli olub

Nazarbayevin sevdiyi mahnıların siyahısı bəlli olub


6-07-2019, 21:26.

          Nazarbayevin sevdiyi mahnıların siyahısı bəlli olub

 

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin sevdiyi mahnıların siyahısı bəlli olub.

Rusiya mətbuatı xəbər verir ki, sabiq prezidentin ən sevimli mahnıları içərisində birinci yeri 1970-1980 –ci illərin məşhur kompozisiyası olan "Mənim ulduzum” tutur.

İkinci yerdə "Dərin gözlərin baxışı ", üçüncü yerdə isə "Ah, ay üzlü” dayanır. Siyahıda həmçinin Nazarbayevin vətəninə və onun müstəqilliyinə həsr edilən mahnılar da var.

Prezidentin saytında bildirilir ki, onun valideyinləri həmişə oxumağı sevib və bunu bacarıblar. Nazarbayevin özü də boş vaxtlarında oxumağı sevir və dombrda (ikisimli qazax xalq çalğı aləti) çalır. O, 3 mahnının və Qazax himinin müəlliflərindən biridir.

Azvision.az xatırladır ki, Nursultan Nazarbayev bu gün 79 yaşını qeyd edir.

 


Вернуться назад