Главная > İqtisadiyyat > Ölkədə qızıl-gümüşün QİYMƏTLƏRİ düşdü

Ölkədə qızıl-gümüşün QİYMƏTLƏRİ düşdü


5-07-2019, 19:32.

           Ölkədə qızıl-gümüşün QİYMƏTLƏRİ düşdü

 

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, iyulun 4-də qızılın qiyməti iyulun 3-ü ilə müqayisədə 13,311 manat azalaraq 1 unsiya üçün 2412,844 manat təşkil edib.

Gümüş 0,0128 manat ucuzlaşaraq 1 unsiya üçün 26,0386 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 11,8745 manat artaraq 1423,886 manat, palladiumun qiyməti isə 6,68954 manat azalaraq 2650,5635 manat təşkil edib.

 


Вернуться назад