Главная > Kriminal > Salyanda avtomobil piyadanı vurub
Salyanda avtomobil piyadanı vurub30-06-2019, 17:37. |
Salyanda avtomobil piyadanı vurubSalyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhərində, Avtovağzal ərazisində qeydə alınıb. Belə ki, Çuxanlı kənd sakini, 1984-cü il təvəllüdlü Əsədov Səbuhi Xudaverdi oğlu yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan rayon Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад |