Главная > Video xəbər > Saatın "sahibi" tapıldı -KVN-çilər video yaydılar

Saatın "sahibi" tapıldı -KVN-çilər video yaydılar


30-06-2019, 10:20.

         Saatın "sahibi" tapıldı -KVN-çilər video yaydılar


 

 

"Süpürgəçi” Tahir İmanov uşağa da, saata da sahib çıxdığını bəyan etdi

Son günlər İspaniyanın İbiza adasında azərbaycanlı gəncin 1 milyon funt-sterlinq dəyərində olan saatın oğurlanması barədə geniş müzakirələr gedir. JAMAZ.İNFO xəbər verir ki, ilk yayılan məlumata görə, həmin saatın sahibi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədovdur. Bu barədəki iddialara görə, İngiltərədə oxuyan Sübhan İspaniyada gəzərkən onun qarşısını kəsiblər və qolundakı bahalı saatı alaraq qaçıblar. İspan polisi isə hazırda həmin adamları axtarır.

Qeyd edək ki, AAYDA-nın rəhbərliyi açıqlama yayaraq, Sübhan Məmmədovun İbiza adasında olmadığını, onun İngiltərədə oxumadığını bildirsə də, saatla bağlı mövzuya toxunmadı.

Amma məsələ bununla bitmədi. JAMAZ.İNFO xəbər verir ki, Sübhan Məmmədovdan sonra saatla bağlı yayılan xəbərlərdə Rusiyada yaşayan məşhur azərbaycanlı milyarder Fərhad Əhmədovun oğlu Timur Əhmədovun adı çəkilməyə başladı. Lakin Fərhad və Timur Əhmədovlar məlumatı təkzib etdilər. Hətta oğul Əhmədov video-müraciət yayaraq, onun və atasının adını hallandırdıqlarına görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və oğlu Rəşadı sərt tənqid edib.

Oğurlanmış saatla bağlı müzakirələr bununla da bitməyib və daha sonra SOCAR rəhbəri Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin İbizada olduğu xəbəri yayıldı. Ardından da vurğulandı ki, bahalı saat ona məxsus imiş.

Bir sözlə, saatla bağlı müzakirələr acı bağırsaq kimi uzanmaqdadır. Lakin heç kim bu məsələni üzərinə götürməyə çalışmır. JAMAZ.İNFO xəbər verir ki, "Planeta Parni iz Baku” qrupunun üzvü, istedadlı KVN-çi Tahir İmanov saatla bağlı ələsalan video paylaşıb. Videonu təqdim edirik.

 


Вернуться назад