Главная > Mədəniyyət > Elcan Ali Sunalla eyni filmdə: “Amerikan polisi olacağam”

Elcan Ali Sunalla eyni filmdə: “Amerikan polisi olacağam”


30-06-2019, 16:27.

         Elcan Ali Sunalla eyni filmdə: "Amerikan polisi olacağam”

 

Aktyor Elcan Rəsulov Türkiyədə ərsəyə gətirilən, Ali Yorgancıoğlunun rejissorluq etdiyi "Hareket Sekiz” adlı filmdə rol alacaq.

Musavat.com-a açıqlama verən aktyor bildirib ki, artıq Türkiyədə çəkilişlərə start verilib:"İki il öncə Bakıda da çəkilişləri olmuş "Yanlış anlama” filminin komandası yeni filmə imza atır. Filmdə İslam Mehrəliyev, Pərvin Abiyeva və mən rol alacağam. Demək olar ki, yenidən Türkiyə və Azərbaycanın tanınmış aktyorları bir araya gəlir. Layihənin baş qəhrəmanları Ali Sunal, Onur Atilla və çəkiliş heyəti iyul ayında Bakıya gələcək. Burada ayın 7-dən çəkilişlər başlayacaq. Mən Amerikan polisi, əslən türk olan Ardanı canlandıracağam”.

Qeyd edək ki, oktyabrın 4-də premyerası nəzərdə tutulan film səkkiz ölkədə təqdim olunacaq.

Könül, musavat.com

 


Вернуться назад