Главная > Kriminal > Masallı polisi 2 kq narkotiki satmaq istəyən rayon sakinini saxlayıb

Masallı polisi 2 kq narkotiki satmaq istəyən rayon sakinini saxlayıb


28-06-2019, 11:28.

        Masallı polisi 2 kq narkotiki satmaq istəyən rayon sakinini saxlayıb

 

Masallı sakininin üzərindən 2 kq narkotik vasitə tapılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, daxil olmuş məlumat əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum olunmuş Masallı şəhər sakini İsrafil Səfərovun satış məqsədi ilə üzərində saxladığı 1 kiloqram 802 qram tiryək və 0,195 qram metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

 


Вернуться назад