Главная > Aktual > Fransada naməlum şəxs məscidin qarşısında insanlara atəş açıb

Fransada naməlum şəxs məscidin qarşısında insanlara atəş açıb


28-06-2019, 11:14.

       Fransada naməlum şəxs məscidin qarşısında insanlara atəş açıb

 

Fransanın Brest şəhərində naməlum şəxs məscid qarşısında odlu silahdan atəş açıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristof Kastanerə istinadən RİA "Novosti" məlumat yayıb.

Nəticədə məscidin imamı və yoldan keçən şəxs yaralanıb.

"France Info"nun məlumatına görə, əraziyə gələn polis əməkdaşları atəş açan şəxsin meyitini aşkar ediblər. Meyit onun maşınının yanında olub. İlkin məlumatlara görə, o, özünə qəsd edib.

Hadisənin motivləri məlum deyil.

 


Вернуться назад