Главная > Baş Xəbər / Aktual > Ərdoğanın silahdaşları yeni partiya qurur - Tarix açıqlandı

Ərdoğanın silahdaşları yeni partiya qurur - Tarix açıqlandı


28-06-2019, 10:50.

          Ərdoğanın silahdaşları yeni partiya qurur -Tarix açıqlandı

Sabiq Türkiyə prezidenti Abdullah Gül, baş nazirin müavini olmuş Əli Babacan və digər məşhur siyasilərin yaratmaq istədikləri yeni partita payızda təsis olunacaq.

Teleqraf.com xəbər verir ki, "Röyters"in məlumatına görə, yeni partiya hakim AKP-nin yarandığı ilk illərdə sərgilədiyi siyasi dəsti xətti prioritet seçəcək.

Əli Babacanın adı açıqlanmayan nümayəndəsi "Röyters"ə bildirib ki, partiya yaradıldıqdan sonra AKP-də olan nüfuzlu siyasətçilər, millət vəkilləri düşərgələrini dəyişəcəklər.

AKP-nin adı açıqlanmayan millət vəkili isə agentliyə qeyd edib ki, partiya İstanbuldakı məğlubiyyətin məsuliyyətini üzərinə götürməli, insanlarla münasibətlərinə yenidən baxmalıdır: "Əli Babacan nüfuzlu şəxsdir. Onun təmsil olunacağı partiyaya AKP-dən keçənlərin olması mümkündür. Bu halda AKP seçkilərdə ciddi səs itkisinə məruz qalacaq".

 


Вернуться назад