Главная > Siyasət > Donald Trampın 20 siyasi rəqibi seçki yarışına qoşuldu

Donald Trampın 20 siyasi rəqibi seçki yarışına qoşuldu


27-06-2019, 22:12.

          Donald Trampın 20 siyasi rəqibi seçki yarışına qoşuldu

 

ABŞ-ın Demokrat partiyası ilkin seçimlər öncəsində ilk debatını keçirdi

ABŞ Demokrat partiyası 2020-ci ildə prezident Donal Trampa rəqib olacaq namizədi axtarır. Bunu üçün artıq 20 nüfuzlu demokrat siyasətçi yarışa qoşulub. Siyasi ənənəyə görə, ilkin seçkilər öncəsi namizədlər arasında debat keçirilir.

Musavat.com xarici mediaya əsasən bildirir ki, müxalifət partiyası içində siyasi müzakirələrin ilk mərhələsində sosialist Berni Sanders və keçmiş vitse-prezident Co Bayden istisna olmaqla hər kəs qatılıb. Adı çəkilən iki siyasəçtini ikinci turda qoşulması gözlənilir.

"The Guardian” qəzetinin verdiyi məlumata görə, ilk debatda senator Elizabet Uorren və Barak Obama dövründə şəhərsalma və tikinti naziri olmuş Culian Kasrto önə çıxıb.
Lakin gözlənildiyinin əksinə partiyanın parlayan ulduzu olaraq qələmə verilən texaslı siyasətçi Beto O`Rurk özünü zəif göstərib. Bilindiyi üzrə vaxtilə hakerlik fəaliyyəti ilə məşğul olduğu üçün o, həm də ABŞ tarixinə ilk "haker namizəd” olaraq düşüb.

Debatların əsas mövzusu səhiyyə və sosial problemlər olub. Elizabet Uorrenin odlu silahdan istifadə etməklə zorakılıq faktları ilə bağlı sözləri tamaşaçıların çox xoşuna gəlib. Senator bu məsələni "milli səhiyyə böhranı” kimi təqdim edib. Amerikalı siyasi müşahidəçilər debat dövrünə ən çox sualın məhz Elizabet Uorrenə ünvanlandığına diqqət çəkiblər.

İştirakçılar arasında Tulsi Qabbard ismi də maraq doğurur. Bu qadın konqresmen özünün qatı ermənipərəst mövqeyi ilə tanınır. Bundan başqa demokratlar arasında o, Yaxın Şərq problemində Rusiya prezidenit Vladimir Putinin mövqeyinə yaxınlığı ilə bilinri. Tulsi Qabbardın Suriya müharibəsinin ən qızğın çağlarında Bəşər Əsədlə görüşməsi ona qarşı partiya daxilində kəskin tənqidlərə səbəb olub.

Donald Trampa yaxınlığı ilə bilinən FOX kanalı dmoekray namizədlərlə Donald Tramp arasındakı reytinq fərqini bilmək üçün iki rəy sorğusu keçirib. Yeni araşdırmaya əsasən görə, müxalifətçilərdən Berni Sanders və Co Bayden daha populyar sayılırlar. Birinci anketdə Co Bayden 44%, Donald Tramp isə 33% rəğbət görüb. İkinci sorğuda da Berni Sanders 42% səslə respublikaçı prezidenti qabaqlayıb (32%). Lakin analitiklər son dövrlərdə ABŞ iqtisaidyyatında baş verən yüksəlişin gələcəkdə Donald Trampın xeyrinə işləyəcəyini vurğulayırlar.

 


Вернуться назад