Главная > Siyasət > ABŞ İranla dialoqa maraqlı deyil - Qərb mətbuatı

ABŞ İranla dialoqa maraqlı deyil - Qərb mətbuatı


27-06-2019, 10:43.

          ABŞ İranla dialoqa maraqlı deyil -Qərb mətbuatı

 

Birləşmiş Ştatlar prezident Donald Trampın bütün israrlı şəkildə dilə gətirdiyi bəyanlarına rəğmən İranla dialoqda maraqlı deyil.

Musavat.com xarici agentliklərə istinadən bildirir ki, bu barədə CNN kanalı Parisdəki mənbələrinə istinadən xəbər yayıb.

Kanalın məlumatına əsasən, Fransa Avropanın digər dövlətləri kimi ABŞ və İran arasında gərginliyin azalması yollarını axtarır. Lakin fransızlar "ABŞ-ın heç bir halda dialoqda maraqlı olmadığını” dilə gətirirlər.

Fransanın anti-İran koalisiyasında yer alıb-almayacağı məsələsinə gəlincə, özünü "ABŞ-ın yaxın müttəfiqi elan etməsinə” rəğmən Makron administrasiyasının Vaşinqtonun xəttinə avtomatik olaraq qoşulmayacağı ifadə edilir. Lakin Fransa ordusu ABŞ-la birlikdə İran körfəzində amerikan hava daşıyıcı gəmilərinin mühafizəsinin təmin olunması üzrə keçirilən təlimlərdə iştirak edir. ABŞ-la İran arasında qarşıdurmanın açıq konfrontasiyaya keçməsi halında isə Fransanın rəsmi qaynaqları belə bir əməkdaşlıq üçün hazır olmadıqlarını dilə gətirirlər. Hətta Fransa xüsusi xidmət orqanlarının mətbuat brifinqlərində vurulan ABŞ PUA-sının həqiqətən isitsmar qaydalarını və İranın hava məkanını pozduğu göstərilib.

Almaniya kansleri Angela Merkel isə "Böyük 20” ölkələrinin ABŞ və İran arasında olduğu kimi münaqişələrin nizamlanmasında vacib rol oynaması firkinə şübhə ilə yanaşdığını deyib.

merkel g 20 ile ilgili görsel sonucu

 

A.Merkel G-20 zirvələrinin kuluarlarında gedən müzakirələrin təhlükəsizlik siyasətinin həllinə kömək göstərə biləcəyini, lakin bu formatın həddindən artıq yüklənməsinin əleyhinə olduğunu ifadə edib.

Onun sözlərinə görə, burada diqqət mərkəzində 10 il öncə baş verən maliyyə böhran nəticəsində yaranan iqtisadi problemlər olmalıdır.

 


Вернуться назад