Главная > Dünya > Tunis prezidenti vəfat edib

Tunis prezidenti vəfat edib


27-06-2019, 18:31.

              Tunis prezidenti vəfat edib

   Tunis Respublikasının prezidenti Beji Kaid əs-Sebsi vəfat edib.

"Report” bu barədə "İnterfax”a istinadən xəbər verir.

Bundan əvvəl 92 yaşlı dövlət başçısı hərbi hospitala yerləşdirilmişdi.

Qeyd edək ki, Beji Kaid əs-Sebsi respublikanın ilk prezidenti Həbib Burgiba dövründə xarici işlər naziri işləyib. 2014-cü ildə dövlət başçısı seçilən mərhum prezident bu il keçiriləcək prezident seçkilərində namizəd olmayacağını, ölkəyə daha gənc şəxsin rəhbərlik etməsinin vacibliyini bildirmişdi.

 


Вернуться назад