Главная > Dünya > Konqoda mədən uçub, 36 nəfər ölüb

Konqoda mədən uçub, 36 nəfər ölüb


27-06-2019, 21:59.

           Konqoda mədən uçub, 36 nəfər ölüb

 

Konqo Demokratik Respublikasının cənubunda Lualaba əyalətində mədənin uçması nəticəsində ən azı 36 qeyri-qanuni mədənçi həyatını itirib.

APA "Actualite”yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət rəsmiləri məlumat yayıb.

"Mən çox kədərlənirəm ki, Lualabada hər həftə ölüləri basdırıram. Bu karyerə qeyri-qanuni daxil olmağı qadağan edən çağırışlara baxmayaraq, mədənçilər buna fikir vermirlər”, - deyə əyalət qubernatoru Rişar Muyeca Manqes Mans bildirib.

O vurğulayıb ki, mədənin məxsus olduğu "KCC” şirkəti insidentə görə bağlana bilər və bu da öz növbəsində ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

Məlumata görə, dağıntılar altında daha bir neçə nəfərin olduğu da güman edilir.

 


Вернуться назад