Главная > Siyasət > Venesueladakı vəziyyətə dair geniş tərkibli görüş keçirilib

Venesueladakı vəziyyətə dair geniş tərkibli görüş keçirilib


14-06-2019, 22:37.

                  Venesueladakı vəziyyətə dair geniş tərkibli görüş keçirilib

 

Venesuelada mövcud vəziyyətin həllinə dair ötən gün İsveçin paytaxtı Stokholmda geniş tərkibli görüş keçirilib.

"Report” xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Marqot Vallström "Twitter”dəki səhifəsində yazıb.

"Stokholmdakı görüş Venesuela böhranının dinc və demokratik yolla həllinə hamımızın bəslədiyi sədaqət ab-havasında keçirilib”, - XİN başçısı yazıb.

Qeyd edək ki, ötən gün AP agentliyi diplomatik mənbələrə istinadən bu görüşdə BMT və Avropa İttifaqı, habelə Rusiya, Kuba və Vatikan nümayəndələrinin iştirak etdiyini bildirmişdi. İsveç hökumətinin mətbuat üçün açıqlamasında isə görüşün iştirakçıları göstərilmirdi.

 


Вернуться назад