Главная > Hadisə > Şamaxıda ərəb turist xəsarət alıb

Şamaxıda ərəb turist xəsarət alıb


14-06-2019, 10:58.

        Şamaxıda ərəb turist xəsarət alıb

 

Şamaxı rayonunda ərəb turist xəstəxanaya yerləşdirilib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə axşam saatlarında, rayondakı istirahət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, Səudiyyə Ərəbistanı vətəndaşı, 1974-cü il təvəllüdlü Cəmil Əl Hic istirahət mərkəzində motosikletdən yıxılıb. Nəticədə onun sol ayağı sınıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад