Главная > Dünya > 1159 nəfər paltarsız vəziyyətdə imtahandan keçdilər

1159 nəfər paltarsız vəziyyətdə imtahandan keçdilər


1-03-2016, 22:15.
Orduya sənəd verənlər paltarsız vəziyyətdə imtahandan keçdilər
Hindistanda orduya işçi qəbul etmə imtahanında neqativ yolların qarşısını almaq üçün namizədlərdən soyunmağı tələb ediblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumat BBC-də yer alıb.

Məlumata görə, Bihar əyalətində çəkilən fotoda açıq bir yerdə oturan və çılpaq olan yüzlərlə gənc nəzərə çarpır.

Hindistanın yerli qəzetlərə müsahibə verən bir namizəd hadisəni alçaldıcı addım adlandırıb.

1159 nəfərin bazar günü bir saat müddətində yazılı imtahana girdikləri bildirilib.
 

Вернуться назад