Главная > Baş Xəbər / Siyasət > Tramp xaricdən rəqiblərinə dair kompromatlar almağa razı olduğunu bildirib

Tramp xaricdən rəqiblərinə dair kompromatlar almağa razı olduğunu bildirib


13-06-2019, 17:40.

        Tramp xaricdən rəqiblərinə dair kompromatlar almağa razı olduğunu bildirib

 

ABŞ prezidenti Donald Tramp opponentləri barədə hətta xaricdən gələn kompromatlardan istifadə etməyə hazır olduğunu bildirib.

ABC telekanalına müsahibə verən ABŞ dövlət başçısı fikrini bu sözlərlə ifadə edib: "Mən şəxəsn həmin xəbərlərə qulaq verərdim. Məncə, burda qeyri-qanuni heç nə yoxdur”.

"Associated Press” agentliyi isə vaxtilə, 2016-cı ildə Donald Trampın eyni adlı oğlunun atasının prezident seçkilərindəki əsas rəqibi Hillari Klinton haqqında informasiya toplamaq üçün Rusiya agentləri ilə görüşdüyünü xatırladıb. Bütün bunlar Donald Trampın Rusiya ilə əlaqlərini araşdıran prokuror Robert Müllerin də diqqət mərkəzinə düşmüşdü.

Prezidentin son bəyanatı rəqib demokratlar tərəfindən qəzəbli reaksiyaya səbəb olub. Demokrat partiyasının öndə gələn fiqurlarından və prezidentliyə namizədlərindən biri sayılan keçmiş vitse-prezident Co Bayden Tvitterdə bunları yazıb:

"Prezident Tramp yenidən bizim seçkilərə xarici müdaxiləni dəstəkləyir. Bu bütünlükdə siyasətə də aiddir. Bu milli təhlükəsizliyimizə yönəlik bir təhdiddir. Amerika prezidenti xaricdən kömək istəməməli və bununla demokratiyanı məhvini təşviq etməməlidir”.

C.Baydenlə birlikdə Donald Trampın 2020-ci ildə keçiriləcək seçkilərdə rəqibi olması gözlənilən senatorlar Elizabet Uorren, Berni Sanders və Kirsten Cillibrand, habelə texaslı siyasətçi Beto O`Rurk Ağ Evin indiki sahibinin impiçmenti ilə bağlı dinələmələr keçirilməsinə çağırışlar ediblər.

Musavat.com

 

 


Вернуться назад