Главная > Region > Neftçalanın Bankə qəsəbəsi problemlər içində-Məmur özbaşnalığı (FOTOLAR)

Neftçalanın Bankə qəsəbəsi problemlər içində-Məmur özbaşnalığı (FOTOLAR)


1-03-2016, 21:46.

Neftçalanın Bankə qəsəbəsi problemlər içində-Məmur özbaşnalığı (FOTOLAR)

Uluyol.info-nun elektron poçtuna Neftçala rayonunun Bankə qəsəbəsində Komunal Təsərüfat İdarəsinin müdiri Gülmaya Əsədullayevanın qeyri-qanuni işləri ilə bağlı şikayət məktubu daxil olub. Şikayətçi yazır:
"Neftçala rayonu Bankə qəsəbəsi Komunal Təsərüfat idarəsinin müdiri Gülmayə Əsədullayeva qəsəbədə yerləşən komunal binaların çirkab sularını kanalizasiyalar vasitəsi ilə Kür çayına axıdır və Kür çayını çirklədir. Sonra ordan qəsəbəyə içməli su verilir. İnsanlar bu suyu içirlər. İndi özünüz fikirləşin bu suyu içmək necə təhlükəlidir. Ona görədə axır vaxtlar Bankə qəsəbəsində mədə bağırsaq xəstəlikləri baş alıb gedir .Komunal Təsərüfat İdarəsinin müdürəsi Gülmayə Əsədullayeva hər evdən bu su üçün 3 manat pul yığır. Lakin bu pulun əvəzində bu günə qədər heç kimə qəbz verməyib. Pul Gülmayə xanımın öz şəxsi cibinə gedir. Qəsəbnin hər tərəfi zibil içində batıb gedir və buralarda tam antisanitariya hökm sürür.Aylarla qəsəbədən zibil yığılmır.
Butün bunlara görə məsul olan Gülmayə Əsədullayeva hamıya deyir ki, Neftçala İcra hakimiyyətinin haqqını vermişəm, ona görə də mənə heç kim dəyib toxuna bilməz. "

Uluyol.info olaraq ötən yazılarımızda Neftçala rayonu Bankə qəsəbəsində komunal və başqa sahələrdə baş verən çatışmazlıqları işıqlandırmışdıq.Beləki ,Bankə qəsəbəsinə getmək üçün Kür çayın keçmək lazım gəlir.Kür çayı üzərində salınmış körpü bir neçə yerdən zədələnmişdir.Qəsəbənin yol problemi uzun illərdir ki,həll olunacağı günü gözləyir.Yağıntılar zamanı yollar keçilməz hala gəlir.Küçələrin işıqlandırlmaması gecə vaxtı problem yaradır.

Xatırladaq ki,Neftçala rayonunun vaxtı ilə ən inkişaf etmiş yeri elə bura olmuşdur.Balıq kombinatları,apteklər və s. idarə və təşkilatlar məhz bu qəsəbədə yerləşib.Hazırda vəziyyət isə insanlar çirkab su içmək məcburiyyətində qalıblar.Hər şeydən öndə olan insan faktorudur və Neftçala rayon İcra hakimiyyəti sadaladığımız problemlərin ,ələlxüsusda su problemi tezliklə həll etməyə borcludurlar.

Mövzunu diqqətimizdə saxlayacıq

ULUYOL.İNFO





Вернуться назад