Главная > Ölkə > Moskvaya və Əsədə əmr verildi – “Türkman Dövləti” yaradılır

Moskvaya və Əsədə əmr verildi – “Türkman Dövləti” yaradılır


1-03-2016, 21:04.

Xəbər verildiyi kimi, dünən Türkiyə mediası ABŞ-ın dövriyyəyə buraxdığı yeni Suriya xəritəsinin detallarını açıqlayıb.

 

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, xəritəyə görə, Suriya üç hissəyə bölünür. Ancaq xəritədə 5 ərazi vahidi yer alıb. Xəritədə mötədil müxalifət və PYD-nin hər birinə 2, Bəşər Əsəd rejiminə isə bir ərazi vahidi verilir. Cerablus istisna olmaqla İŞİD-in nəzarətindəki ərazilərlə əlaqədar hələ bir qərar qəbul edilməyib.

 

ABŞ-ın xəritəsinə görə, Azez-Cebrablus xəttində 16 kilometr eni olan ərazi və İdlib bölgəsi mötədil müxalifətə verilir. PYD-yə isə hazırda nəzarət etdiyi Afrin və Firat çayının şərqindəki bölgə ayrılır. Xəritəyə görə, PYD-in Afrin, Kobani və Cəzirə kantonları birləşdirilmir. Hələb və Türkman Dağı  da daxil olmaqla Əsədin hazırda nəzarət etdiyi Qərbi Suriya rejimin nəzarətində saxlanılır verilir. İdlibdə müxalifətə verilməsi nəzərdə tutulan bölgənin ətraf aləmlə heç bir əlaqəsi yoxdur. Bölgə PYD və rejim tərəfindən mühasirəyə alınır.

 

Türkiyənin "Haber7” saytının yazarı Rahim Ər hesab edir ki, ABŞ  I Dünya Müharibəsindən bu yana ilk dəfə Yaxın Şərqdə özünün çəkdiyi xəritəni həyata keçirmək istəyir. Beləliklə, Şimali Suriya və Şimali İraq neftini Aralıq dənizinə çatdırmaq imkanı əldə ediləcək. Azezlə Cerablusun cənubundan keçən sərhəd həm kürdlərə təminat, həm də neft üçün yoldur. Qərbi Suriyanın rejimə verilməsi ilə Rusiyanın quru və dəniz bazaları mühafizə edilir. Bu, həm də Moskvaya "sus” payıdır. Hələb və Türkman dağının rejimə verilməsi isə Bəşər Əsədə "səsini çıxarma!” deməkdir”, - türkiyəli yazar qeyd edib.

 

Onun sözlərinə görə, xəritənin həyata keçirilməsindən türkmanlar və müxalifətdən başqa hər kəs qazanclı çıxacaq: "Xəritə ilə bağlı iddianın gerçək olmasını istəmirik. Türkiyə Hələb və Türkman dağının rejimə verilməsinə razı olmayacaq. Türkiyə cənub hüdudlarının bağlanmasına da icazə verməz.  Bu xəritənin müzakirə olunması və sövdələşmələr üçün açıq olması Türkiyənin Hələb, Türkman dağı və Afrini əhatə edən Türkman Dövlətini tanıma hüququnu doğurur”.

 


Вернуться назад