Главная > Mövqe > Müsavat seçki pozuntuları haqda ALTINCI press-relizini yaydı

Müsavat seçki pozuntuları haqda ALTINCI press-relizini yaydı


1-11-2015, 18:41.

saxta6

Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı seçki pozuntularını əks etdirən ALTINCI press-relizini yayıb. Press-relizi təqdim edirik:

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Səxavət Soltanlının verdiyi məlumata görə, 15 saylı Yasamal birinci seçki dairəsinin veb-kamera quraşdırılmış 25 saylı seçki məntəqəsini saat 17.11-dən 17.15-dək izləyərkən, məntəqə seçki komissiyasının üzvü durmadan seçici siyahılarına imza atır.

47 saylı Mingəçevir seçki dairəsinin 7 saylı seçki məntəqəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Nurəddin Rüstəmovun verdiyi məlumata görə, bir seçki kabinəsində 3 nəfər eyni vaxtda səs verir.

10 saylı Binəqədi üçüncü seçki dairəsinin 2 saylı seçki məntəqəsində müşahidə aparan Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Zaur Əliyevin saat 17.00-da verdiyi məlumata görə, son iki saat yarım ərzində seçki məntəqəsinə yalnız bir seçici gələrək səs verib.

10 saylı Binəqədi üçüncü seçki dairəsinin 1 saylı seçki məntəqəsində müşahidə aparan Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Arif Əhmədovun verdiyi məlumata görə, bu seçki məntəqəsində saat 15.00-da seçki bülleten alan seçicilərin sayı 92, saat 17.00-da isə 102 nəfər olub.

Müsavat Partiyasının respublika üzrə müşahidəçisi Kamal Zeynallının verdiyi məlumata görə, 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsinin 16 saylı seçki məntəqəsinə səs vermək üçün tikintidə çalışan fəhlələr maşınla gətirilib. Onlar - 12 nəfər "İmamzadə” kompleksində çalışan fəhlələrdir. İşdən qovulmamaq üçün səsverməy gəldiklərini söyləyiblər.

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Niyaz Nəsirovun verdiyi məlumata görə, 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin bütün seçki məntəqələrində seçki məntəqələri açılmazdan əvvəl seçki bülletenlərinin sayılması  prosesinə müşahidəçilər buraxılmayıb. Gün ərzində "karusel” əməliyyatı həyata keçirilib. Saat 18.30-dan başlayaraq müşahidəçilər seçki məntəqələrindən uzaqlaşdırılıb.

Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Nazim Əliyevin 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 18 saylı seçki məntəqəsindən aldığı məlumatda deyilir: "Saat 14.42-də namizədlərdən birinin (Qara müəllimin) müşahidəçisi digər namizəd İmanverdi İsmayılovun  xeyrinə nişanlanmış 42 seçki bülletenini seçicinin əlində məntəqə seçki komissiyasının üzvlərinin gözü qarşısında tutub”.

42 saylı Sumqayıt ikinci seçki dairəsindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Vəfa Abbasovanın verdiyi məlumata görə, bu dairənin 13 və 14 saylı seçki məntəqələrində son 2 saat ərzində müvafiq olaraq 2 və 9 seçici səsvermədə iştirak etdiyinə görə məntəqə seçki komissiyasının üzvləri telefonla zəng edərək, seçicilərin gətirilməsinə cəhd göstərirlər.


Вернуться назад