Главная > İqtisadiyyat > Azərbaycanda qızıl-gümüş bazarında QİYMƏTLƏR bahalaşıb

Azərbaycanda qızıl-gümüş bazarında QİYMƏTLƏR bahalaşıb


2-06-2019, 12:29.

              Azərbaycanda qızıl-gümüş bazarında QİYMƏTLƏR bahalaşıb

 

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, mayın 31-də qızılın qiyməti mayın 30-u ilə müqayisədə 25,0325 manat artaraq 1 unsiya üçün 2197,539 manat təşkil edib.

Gümüş 0,2355 manat bahalaşaraq 1 unsiya üçün 24,6979 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 2,805 manat artaraq 1350,31 manat, palladiumun qiyməti isə 49,708 manat artaraq 2326,9685 manat təşkil edib.

 

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

 


Вернуться назад