Главная > Maraqlı > Üzük hansı barmağa taxılmalıdır?

Üzük hansı barmağa taxılmalıdır?


2-06-2019, 21:48.

           Üzük hansı barmağa taxılmalıdır?

Kişilərin üzüyü sağ ələ taxmaları müstəhəbdir. Sol ələ üzük taxmaq bəyənilmir, çünki şəriətə görə çirkin sayılan bəzi işlər (təharət) sol əllə görülür. Sağ əlin hansı baramağına üzük taxmağa gəlincə, ən xırda (çeçələ) barmaq daha üstün sayılır. Ondan sonra adsız (dördüncü barmaq) gəlir. Şəhadət və orta barmaqlara kişinin üzük taxması bəyənilmir, hətta bunu məzəmmət edən bəzi hədislər də vardır.

Eurasia Diary islam.az-a istinadən bildirir ki, qadınların üzüyü hansı barmağa taxmaları barədə konkret göstəriş yoxdur. Hər halda, az üzük taxılırsa, onu sağ əlin barmağına taxmaq məsləhətdir. Amma qadınlar bəzən müvəqqəti olaraq (qonaqlıq, toy və s.) bir neçə barmağa üzük taxdıqları üçün sol əlin barmaqlarına da üzük taxmaları icazəlidir.

 


Вернуться назад