Главная > Kriminal > Yasamaldan qaçırılan avtomobil Qaradağda saxlanıldı

Yasamaldan qaçırılan avtomobil Qaradağda saxlanıldı


31-05-2019, 09:39.

        Yasamaldan qaçırılan avtomobil Qaradağda saxlanıldı

 

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Mustafayev mayın 28-də L.İmanov küçəsindən "Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əzimov Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

 


Вернуться назад