Главная > Siyasət > İranda hakimiyyəti dəyişmək istəmirik, bizim istəyimiz... - Tramp

İranda hakimiyyəti dəyişmək istəmirik, bizim istəyimiz... - Tramp


27-05-2019, 21:29.

         İranda hakimiyyəti dəyişmək istəmirik, bizim istəyimiz...-Tramp

ABŞ çalışır ki, İran nüvə dövləti olmasın və ölkədə hakimiyyəti dəyişmək niyyətində deyil.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfəri zamanı mətbuat konfransında deyib.

D.Tramp vurğulayıb ki, o, İrana zərər vurmaq istəmir:

"Mən İranda nüvə silahı olmasını istəmirəm. İran böyük iqtisadi potensiala malikdir və mən onun dünya arenasına qayıdacağı anı gözləyirəm. İranın eyni hakimiyyətlə gözəl ölkə olmaq imkanı var. Biz orada hakimiyyəti dəyişmək niyyətində deyilik”.

 


Вернуться назад