Главная > İdman > UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti verdilər

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti verdilər


27-05-2019, 21:59.

             UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna ən yüksək qiyməti verdilər

 

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.



Musavat.com AFFA-ya istinadən xəbər verir ki, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, İngiltərənin "Çelsi” və "Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu yerli vaxtla saat 23:00-da başlayacaq.


Вернуться назад