Главная > Maraqlı > Hər kəs BU TARİXİ gözləyir... - İnternet problemi HƏLL OLACAQ
Hər kəs BU TARİXİ gözləyir... - İnternet problemi HƏLL OLACAQ22-05-2019, 08:39. |
Hər kəs BU TARİXİ gözləyir... -İnternet problemi HƏLL OLACAQKosmik nəqliyyat şirkəti "SpaceX”in yaradıcılarından olan İlon Mask olduqca maraqlı təşəbbüs irəli sürüb. Redaktor.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, o, 2027-ci ilə qədər bütün dünyanı "Starlink” peykləri ilə əhatə etməyi planlaşdırır. Layihənin məqsədi dünyanı, o cümlədən, internet olmayan və xidmətin bahalı olduğu əraziləri yüksək sürətli internetlə təmin etməkdir. Bu məqsədlə yaxın 1 həftə ərzində kosmosa 60 aparatın göndərilməsi planlaşdırılır. Əslində cihazlar ötən həftə buraxılmalı idi, lakin texniki məsələlərə görə təxirə salındı. Ümumiyyətlə 2027-ci ilə qədər kosmosa 12 minin peykin göndərilməsi planlaşdırılır. Bunun üçün "Falcon 9” roketindən istifadə olunacaq. Ən gec 2 il ərzində dünyanı əhatə edən internet şəbəkəsi qurulacaq. Kosmosa 400 peyk göndəriləndən sonra internet xidməti istifadəyə veriləcək.
Вернуться назад |