Главная > Müsahibə > Hacı İlqar İbrahimoğlu Qədr gecələri haqqında danışdı: “Bu gecənin fəziləti və əməlləri...” - VİDEO

Hacı İlqar İbrahimoğlu Qədr gecələri haqqında danışdı: “Bu gecənin fəziləti və əməlləri...” - VİDEO


21-05-2019, 15:20.

 Hacı İlqar İbrahimoğlu Qədr gecələri haqqında danışdı:"Bu gecənin fəziləti və əməlləri...” - VİDEO

Müsəlman dünyası mübarək Ramazan ayını yaşamaqdadır. Bu ayın fəzilətlərindən biri də Qədr gecələridir. Bu mövzu ilə bağlı ilahiyyatçı Hacı İlqar İbrahimoğlu "Yeni Müsavat”ın studiyasında qonaq olub.

Qədr gecələri, bu gecənin fəziləti, əməlləri və sairlə bağlı suallarımızı cavablandıran Hacı İlqar İbrahimoğlu bildirdi ki, adətən Ramazan ayının üçüncü ongünlüyündə tək günlərə keçən gecələrin Qədr gecələri olması ehtimalı daha böyükdür. Bir qədər də dəqiqləşdirsək, əsasən üç gecənin üzərində dayanılır: "Qədr gecələri istisna gecələrdir ki, biz öz halımıza, durumumuza təsir göstərək. Bu gecələrə bir neçə tərəfdən yanaşa bilərik. Rəbbimiz Qədr gecələri ilə bağlı xüsusi təqdimat edir, onun əhəmiyyətini bizə çatdırır. Bu gecədə Qurani-Kərim nazil olub. Bu gecənin o qədər əhəmiyyəti var ki, min aydan üstündür. Bu gecədə varlıq aləmində xüsusi bir harmoniya mövcuddur. Bu elə bir gecədir ki, mələklər yerə enirlər. Qədr gecəsinin ən gözəl qiymətini Rəbbimiz Qurani-Kərimdə özü bizə çatdırır”.

Daha ətraflı təqdim etdiyimiz videomüsahibədən izləyə bilərsiniz.

Nərgiz Liftiyeva,
Məğrur Mərd



 


Вернуться назад