Главная > İqtisadiyyat > Azərbaycan nefti ucuzlaşır
Azərbaycan nefti ucuzlaşır21-05-2019, 23:21. |
Azərbaycan nefti ucuzlaşırCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 20-də 75,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,05 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,31 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,2 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.
Вернуться назад |