Главная > Maraqlı > Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."
Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı: "Evdə nəyim vardısa..."21-05-2019, 16:00. |
Falçı vəzifəli şəxsin həyat yoldaşını belə aldatdı:"Evdə nəyim vardısa..."Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Uluyol.az ONA-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun
sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rübabə Ağayeva ifadə
verib. Yetkinlik yaşına çatmış övladlarının, nəvəsinin olduğunu deyən zərərçəkən bildirib ki, bütün bunları həyat yoldaşından gizli edib. Günlərin birində həyat yoldaşı ev almaq üçün pulları götürmək istəyəndə bildi ki, pullar yoxdur. Ondan sonra olanları ərinə danışıb: "Günahkaram, bu adamlara inanmışam. Məni qorxudurdular ki, filan şeyi eləməsən, nəvən, oğlun ölə bilər. Elə vəziyyətdə idim ki, canımı istəsəydilər, canımı da verərdim". R.Ağayeva "cindar Hüseyn" və anası ilə necə tanış olmalarından da danışıb. Deyir ki, evlərini təmir edən ustalar həyətdən bir bükülüdə nələrsə tapıb. Bundan sonra xalası qızı ilə birlikdə fala baxdırmaq, tapılan bükülünün nədən ibarət olduğunu anlamaq üçün Hüseyn Əlizadənin yanına gedib: "Anasını sonradan tanıdım. Lap birinci dəfə məndən 1500 manat, sonra da 2 min aldılar. Gəldilər ki, guya həyətdən qalan caduları çıxarsınlar. Sonra məni bir yerə aparıb oranı qazdırdılar, mən qazdığım yerdən heç nə çıxmadı. Qazıyıb kənara atdığım torpaqdan nələrsə tapdılar". R.Ağayevanın həyat yoldaşı L.İbrahimova və H.Əlizadədən polisə şikayət edib. Həyat yoldaşı "Azinko" şirkətinin Audit Departamentinin rəhbəridir. Qeyd edək ki, "Cindar Hüseyn” ləqəbi ilə tanınan, falçı H.Əlizadə və onun anası L.İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar. Onlara qarşı irəli sürülən ittihama görə, H.Əlizadə anası ilə birlikdə təkcə zərərçəkmiş Rübabə Ağayevadan külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib. R.Ağayeva bildirib, o, "Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul - 57000 ABŞ dolları, 15000 Böyük Britanya funt sterlinqi, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib. Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alıblar.
Вернуться назад |