Главная > Kriminal > Balakən sakinindən 305 qram marixuana götürülüb

Balakən sakinindən 305 qram marixuana götürülüb


25-04-2019, 14:21.

               Balakən sakinindən 305 qram marixuana götürülüb

 

DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər. Qadının evindən 305 qrama yaxın narkotik vasitə olan marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад