Главная > Təhsil > Ötən il Azərbaycanda suçiçəyinə yoluxanların sayı açıqlandı

Ötən il Azərbaycanda suçiçəyinə yoluxanların sayı açıqlandı


24-04-2019, 16:42.

           Ötən il Azərbaycanda suçiçəyinə yoluxanların sayı açıqlandı

2018-ci ildə Azərbaycanda 15870 nəfər suçiçəyinə yoluxub. 

 

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

 

Onun sözlərinə görə, 2018-ci il üzrə suçiçəyinə yoluxma hər 100 min nəfərə 158,99-dur.

 

A.Əliyeva bildirib ki, 2017-ci ildə isə respublika üzrə suçiçəyinə 15781 nəfər yoluxub. Yoluxma hər 100 min nəfərə 159,43 haldır:

 

"Hazırda suçiçəyinə qarşı bir çox ölkələrdə peyvənd tətbiq olunur. Lakin Azərbaycanda suçiçəyinə qarşı peyvənd yoxdur. Amma yaxın illərdə bu peyvənd ölkəmizdə də tətbiq oluna bilər”. (oxu.az)

 


Вернуться назад